İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu


Digərləri 29 İyn 2018 16:03:00 232 0

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Bakı. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu dağətəyi rayonlarda 34-39, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 36-41 dərəcə isti təşkil edəcək. Aran rayonlarında anomal isti, günəşli hava şəraiti olacaq. Havanın maksimal temperaturu 37-41, bəzi yerlərdə 43 dərəcə isti təşkil edəcək.