Akif Əlizadə: Bu il institutların maliyyələşməsi müsabiqə proqramlarının hesabına olacaq


Digərləri 29 İyn 2018 16:03:00 316 0

Akif Əlizadə: Bu il institutların maliyyələşməsi müsabiqə proqramlarının hesabına olacaq

Etiraf etmək lazımdır ki, Azərbaycan elminin dünya elminə verdiyi töhfələr çox deyil.

Bakı. İlhamə İsabalayeva - Etiraf etmək lazımdır ki, Azərbaycanın dünya elminə verdiyi töhfələr çox deyil. Trend -in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edərkən deyib. A.Əlizadənin sözlərinə görə, növbəti 5 il ərzində Azərbaycanın dünya elmində yer tutması üçün işlər aparılacaq, neft geologiyası, fizika, riyaziyyat, informasiya texnologiyaları, nanotexnologiya sahəsinə böyük diqqət yetiriləcək: "Akademiyada indiyədək nanotexnologiyalar sahəsində ciddi müzakirələr aparılmayıb. Ölkədə nanotexnologiyalar sahəsi üzrə tədqiqatlara üstünlük verilməlidir". AMEA prezidenti deyib ki, Azərbaycan alimləri meqalayihələrdə iştirak edə bilərlər: "Məsələn, palçıq vulkanları ilə bağlı böyük layihələr həyata keçirmək olar. Bu sahəyə böyük maraq var " A.Əlizadə bildirib ki, robot texnologiyası sahəsində də tədqiqatlar aparmaq olar. Akademiya prezidentinin sözlərinə görə, dünya elmi süni intellektin inkişafı ilə bağlı tədqiqatlara üstünlük verir və Azərbaycan alimləri də bu prosesdən kənarda qalmamalıdırlar.