Almaniyanın hərbi gəmisində raket partladı VİDEO FOTO


Digərləri 29 İyn 2018 15:05:00 288 0

Almaniyanın hərbi gəmisində raket partladı  VİDEO  FOTO

Almaniya Hərbi-Dəniz Qüvvələrinin "Saxony" hərbi gəmisi Norveç sahillərinin yaxınlığında təhlükəli insident yaşayıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, təlimlər zamanı gəmidən havaya ABŞ istehsalı olan SM-2 raketi buraxılıb. Raket buraxılan kimi alışıb, sonra partlayıb.

Partlayış nəticəsində iki dənizçi xəsarət alıb. Freqata isə ciddi ziyan dəyib. Almaniya HDQ-nin yaydığı açıqlamaya görə, insidentdən əvvəl yoxlanmış raketin texniki vəziyyəti az qala ideal imiş.

Gəmidəki spinkler sistemi dərhal işə düşüb və yanğın söndürülüb. Freqat Almaniyanın Vilgelmshafen limanına qayıdıb.


Xəbərə aid fotolar