Dövlət büdcəsinin gəlir və xərcləri artırıldı


Digərləri 29 İyn 2018 13:54:00 239 0

Dövlət büdcəsinin gəlir və xərcləri artırıldı

Milli Məclisin növbədənkənar son plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə dəyişikliklər qəbul olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barrelinin satış qiyməti təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 dollar artırılaraq 55 dollara çatdırılıb.

Buna müvafiq olaraq büdcədə digər istiqamətlər üzrə xərclər də artırılıb.