Anomal istilər nə vaxta kimi davam edəcək?


Digərləri 29 İyn 2018 13:57:00 277 0

Anomal istilər nə vaxta kimi davam edəcək?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 35-40, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı saat 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.