Meksikada seçkiqabağı kampaniya dövründə 133 siyasətçi qətlə yetirilib


Dünya 29 İyn 2018 13:40:48 237 0

Meksikada seçkiqabağı kampaniya dövründə 133 siyasətçi qətlə yetirilib

Ölkədə ümumxalq səsverməsi iyulun 1-də keçiriləcək

Meksikada seçkiqabağı kampaniya başlayandan 133 siyasətçi qətlə yetirilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu qətl hadisəsi nəticəsində Miçoakan ştatı meri vəzifəsinin müvəqqəti icraçısı ölüb.

Seçkiqabağı kampaniya 2017-ci ilin sentyabrından başlayıb.

Qeyd edək ki, ümumxalq səsverməsi iyulun 1-də keçiriləcək. Seçicilər prezident, Konqresin 500 deputatını və Senatın 128 üzvünü seçəcəklər. Meksikada seçki haqqında qəbul edilən yeni qanuna əsasən, iyulun 1-də seçiləcək deputatlar, senatorlar və prezident ölkə tarixində ilk dəfə ikinci müddətə seçilə bilərlər. Hazırkı prezident Enrike Penya Neto ölkə konstitusiyasına əsasən ikinci müddətə seçilə bilməz. O, 2012-ci ildə bu vəzifəyə seçilib.