Komitə sədri: Azərbaycan iqtisadiyyatı 3.2 dəfə artıb


Digərləri 29 İyn 2018 12:26:00 223 0

Komitə sədri: Azərbaycan iqtisadiyyatı 3.2 dəfə artıb

“Azərbaycan iqtisadiyyatı 3.2 dəfə artıb. Valyuta ehtiyatlarımız ÜDM-yə bərabər səviyyədədir”.

Bakı. “Azərbaycan iqtisadiyyatı 3.2 dəfə artıb. Valyuta ehtiyatlarımız ÜDM-ə bərabər səviyyədədir”. Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirəsi haqqında çıxış edərkən deyib. O bildirib ki, dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə nəticələrə çox nadir hallarda rast gəldiyini görərik: “Bu uğurlar düşünülmüş siyasət nəticəsində əldə edilib. Bu gün Azərbaycanın iqtisadiyyatı heç kimdən asılı deyil. Bu yaxınlarda Cənub Qaz Dəhlizi və onun bir qolu olan TANAP reallaşdı. Bakı Dəniz Limanının istifadəyə verilməsi ölkəmizin tranzit ölkə kimi nüfuzunu daha da artıracaq. Bütün bunlar Prezidentin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir”.