Qaxda yol qəzası:


Digərləri 29 İyn 2018 10:09:00 319 0

Qaxda yol qəzası:

Qax rayonunda  ağır yol-nqəliyyat hadisəsi baş verib. 

Son.az report-a istinadən xəbər verir ki, Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.

Belə ki, rayonun Şıxlar kənd sakini,1962-ci il təcəllüdlü Əfqan Nəsib oğlu Osmanov idarə etdiyi 90-MG-445 Dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb.

Nəticədə sürücü Ə.Osmanov və onun sərnişini, həmkəndlisi, 1979-cu il təvəllüdlü Azad Hümmət oğlu Əmrahov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, hər iki yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-stabildir.

Faktla bağlı araşdırma aparılır