Bakıda 14 yaşlı qızın baş tutmayan toyu "bəy" həbs olundu,


Digərləri 28 İyn 2018 23:38:00 260 0

Bakıda 14 yaşlı qızın baş tutmayan toyu  "bəy" həbs olundu,

Lerik sakini Mirtəmən Sadıqovun Bakıda yetkinlik yaşına çatmamış qızı Leyla Sadıqovanın anası tərəfindən ərə verilməsi ilə bağlı yaydığı video müraciətdən sonra Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırmaya başlanılıb. 14 yaşlı Leyla Sadıqovanın 2 aylıq hamilə olduğu müəyyənləşdirilib, qızın nişanlısı Arzuman Həsənov saxlanılıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat veriblər. Arzuman Həsənova qarşı Cinayət Məcəlləsinin 152.2 maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanılıb.   Dünən-iyunun 27-də qızın anasından və Mirtəmən Sadıqovdan izahat alıb.

Mirtəmən Sadıqov isə bildirib ki, Leylanın öz atası deyil, keçmiş həyat yoldaşının birinci nikahdan olan övladıdır. Amma 6 aylıqdan uşağa özü baxıb, ona adını, soyadını verib. Leylanı doğma övladlarından ayırmayıb.

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi də Bakıda 14 yaşlı qızın ərə verilməsi cəhdi ilə əlaqədar araşdırmalara başlayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov deyib ki, araşdırmanın nəticələri ilə bağlı məlumat veriləcək.