Toyuqdan zəhərlənməni necə müəyyən etməli


Digərləri 28 İyn 2018 22:55:00 314 0

Toyuqdan zəhərlənməni necə müəyyən etməli

Yeyilən qidalardan yaranan xəstəliklər adətən qida zəhərlənməsi olaraq adlandırılır. Bu hal çürümüş və ya toksik qidaların istifadəsi nəticəsində meydana gəlir.

Son.az medicina.az-a istinadən bildirir ki, qida zəhərlənməsinin ən yayqın simptomları mədə bulantısı, qusma və ishaldır.

2510-dan çox zəhərlənmə növü var. Əlamətləri isə şiddətə görə dəyişir. Əksər zaman zəhərlənən insanlar bir ya da iki gün ərzində tibbi qulluğa ehtiyac duymadan yaxşılaşırlar.

Bəzi zamanlarda zəhərlənmə çürümüş qidalar, toyuq ətindən baş verir.

Toyuq zəhərlənməsinə iki növ bakteriya səbəb olur: Campylobacter və Salmonella.

Bəs toyuq zəhərlənməsinin əlamətləri nədir?

Toyuq zəhərlənməsi adətən yedikdən sonra 8 ilə 72 saat ərzində sürətli şəkildə meydana çıxır. Əlamətlər və şiddəti insandan-insana dəyişir. Qarın ağrısı, kramp, titrəmə, ishal, qızdırma, qusma, mədə ağrısı əlamətlər sırasında yer alır.

Xüsusilə uşaqlarda bu hala ciddi yanaşılmalıdır.