Bir çox qadınlar bu səhvləri edir


Digərləri 28 İyn 2018 22:25:00 264 0

Bir çox qadınlar bu səhvləri edir

Süd vəzi xəstəliklərinə qadınlar arasında tez-tez təsadüf edilir. Süd vəzi toxuması çox həssasdır və istənilən travma, hormonal pozulma, stress və s. mənfi amillərə xəstəliklə reksiya verə bilər.

Bəzi çox yayılmış səhvlər qadınlarda döş problərinə səbəb ola bilər.

Fransa mammoloqları bu səhvləri sadalayıb:

1. Düzgün seçilməmiş büstqalter

Son.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislərin müşahidələrinə görə, qadınların əksəriyyəti büstqalter seçməkdə səhvlər edir. Bir çoxları çox dar, süd vəziləri sıxan büstqalter seçirlər. Bu süd vəzinin sağlamlığı üçün çox ziyanlıdır, süd vəzidə mikrotravmalara səbəb olur, qan və limfa dövranını pozur.   

2. Qarın üstə yatmaq.

Bu zaman süd vəziləri sıxılır ki, bu da onlarda müxtəlif pozulmaların inkişafına səbəb ola bilər. Bu xüsusilə süd vəziləri böyük olan qadınlara aiddir.  

3. Büstqalterdə yatmaq.