ABŞda 51ci ştat yaradılacaq


Digərləri 28 İyn 2018 21:41:00 283 0

ABŞda 51ci ştat yaradılacaq

ABŞ konqresində Puerto-Riko ada dövlətinin rəsmi olaraq ABŞ ərazisinə ilhaq edilməsi ilə bağlı qanun layihəsi nəzərdən keçiriləcək.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda ABŞ parlamentinin saytında məlumat yayılıb.

Sənəd Puerto-Rikonun konqresin aşağı palatasındakı təmsilçiləri Cenifer Qonzales Kolon və 37 digər konqresmen tərəfindən hazırlanaraq təqdim olunub.

Qeyd edək ki, Puerto-Riko 1898-ci ildən bəri ABŞ-ın dəniz ərazilərinə daxildir və qeyri-rəsmi olaraq ölkənin 51-ci ştatı sayılır.