Nə zaman Allah dərgahına hacətiniz oldu, belə deyin…


Digərləri 28 İyn 2018 21:10:00 300 0

Nə zaman Allah dərgahına hacətiniz oldu, belə deyin…

Təvəssül etməyin növləri vardır ki, onların bəzilərinə işarə edək:

1. Allahı, Onun övliyalarının haqqına görə çağırmaq. Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala buyurur: Ey Mənim bəndələrim! Mənim üçün ən əziz xəlq və onların ən fəzilətli olanları Muhəmməd (s), qardaşı Əli (ə) və ondan sonra gələn imamlardır. Onlar mənə tərəf olan vasitələrdir. Hər kimin hacəti olar və ya ziyanlı, çətin hadisəyə düçar olar, onların aradan qalxmasını istəyər, Məni Muhəmməd (s) və Ali-Muhəmməd (ə) ilə çağırsın ki, hacətini ən yaxşı şəkildə həyata keçirəm".

İmam Kazım (ə) buyurur: "Nə zaman Allah dərgahına hacətin oldu, belə de: "Allahım! Səni Muhəmməd (ə) və Əlinin (ə) haqqına çağırıram. Həqiqətən sənin yanında uca məqama malikdirlər. Bu səbəbdən həmin məqama görə Səndən istəyirəm ki, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərəsən və mənim hacətimi yerinə yetirəsən"".

Ömər ibni Xəttab nəql edir: "O zaman ki, Adəm tərki-əulə edir, tövbə məqamında Allaha ərz edir: Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədin (ə) haqqına görə Səndən istəyirəm ki, məni bağışlayasan".