Ölkədaxili dəniz nəqliyyatının yaradılmasına ehtiyac var VİDEO


Digərləri 28 İyn 2018 21:07:00 286 0

Ölkədaxili dəniz nəqliyyatının yaradılmasına ehtiyac var  VİDEO

Bakı -Sumqayıt yolunda aparılan təmir işləri su nəqliyyatının yaradılmasını aktuallaşdırıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ekspert Azər Allahverənov deyir ki, Azərbaycanda bu nəqliyyat növünün inkişafı üçün yetərli imkan və potensial var. Məsələn, Cənub istiqamətinə, yəni Lənkərana gəmi nəqliyyatının açılması həm avtomobil yollarının yükünü azaldar, həm də ekoloji cəhətdən müsbət olar. Hətta 100 il əvvəl də Lənkəran istiqamətində su nəqliyyatı fəaliyyət göstərib. Həmin marşrutla həm hərbi, həm də sərnişin gəmiləri hərəkət edib.

Ekspert bildirir ki, bu nəliyyat növü digərlərinə nisbətən xeyli təhlükəsizdir. İl ərzində dünyada baş verən gəmi qəzalarının sayı ümumi qəzaların heç 1 faizinə çatmır.

Azər Allahverənov deyir ki, Sumqayıt istiqamətində isə yalnız bu cür ciddi tıxacların olduğu dövrdə su-dəniz nəqliyyatı rentabelli ola bilər. Digər vaxtlarda isə insanların ondan çox istifadə etməsi gözlənilmir.


Xəbərə aid video