İrəvanın tarixi mərkəzinə dair kitab-fotoalbomun təqdimatı olub (FOTO)


Digərləri 28 İyn 2018 19:35:35 305 0

İrəvanın tarixi mərkəzinə dair kitab-fotoalbomun təqdimatı olub (FOTO)

“İrəvanın tarixi mərkəzi arxiv materialları və köhnə fotoşəkillər əsasında” adlı kitab-fotoalbomun təqdimatı olub.

Bakı. Elçin Mehdiyev - “LİBRAFF Park Akademiya” kitab mağazasında “İrəvanın tarixi mərkəzi arxiv materialları və köhnə fotoşəkillər əsasında” adlı kitab-fotoalbomun təqdimatı olub. Trend-in məlumatına görə, layihənin rəhbəri, Prezident Administrasiyasının bölmə müdiri, politoloq Fuad Axundov təqdimat mərasimində çıxış edərək kitabda orta əsrlər İrəvan qalasının timsalında Azərbaycanın İslam mədəniyyəti və memarlıq abidələrinin Ermənistanda məhv edilmiş nümunələri haqqında məlumatın yer aldığını bildirib. İrəvanın məhv edilmiş tarixi mərkəzində 800-dən çox tikili, məscid, saray, karvansara, hamam və digər ictimai binalar yerləşirdi. Kitabda XIX əsrə aid şəkillərdə İrəvan qalasının orta əsr tikililərinin və İrəvan xanlarının Gürcüstanın Milli Muzeyində saxlanılan mebel, qab və digər əşyalarının fotoları təqdim edilib. Həmçinin rus fotoqrafiyasının pioneri, şərqşünas D.İ.Yermakovun (1845-1916) çəkmiş olduğu unikal fotoşəkillər, İrəvan qalasının görkəminə valeh olmuş çar II Nikolayın tikilinin bərpa edilməsi haqqında arxiv sənədləri və yazışmalar yer alıb. Kitab-albomun tərtibçisi - Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov nəşrin elmi məziyyətləri, ərsəyə gəlməsi barədə danışıb. Bildirib ki, nəşrin hazırlanmasında məqsəd xalqımızı maarifləndirmək, bu məsələyə ictimaiyyətin, alimlərin diqqətini cəlb etməkdir: