8 mindən çox "Mazda" geri çağırılır


Dünya 28 İyn 2018 18:24:00 236 0

8 mindən çox "Mazda" geri çağırılır

"Mazda Motor Rus" şirkəti Rusiyada 8 mindən çox avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, qərar ön təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2002-ci ilin avqustundan 2008-ci ilin iyununadək illərdə Rusiyada satılmış "Mazda 6" modellərinə şamil olunur.