BakıSumqayıt yolu və son günlər yaşananlar...


Digərləri 28 İyn 2018 17:56:00 235 0

BakıSumqayıt yolu və son günlər yaşananlar...

Son.az "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Nəcəflinin müsahibəsini təqdim edir:

- Bakı-Sumqayıt yolunun təmirinə ehtiyac var idimi?

- Bəli, var idi! Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci km-lik hissəsi 2008-ci ildə istifadəyə verilib və o gündən bu günə qədər, yəni 10 ildir təmir olunmayıb. Normativə əsasən hər 4-5 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir (hazırda görülən işlər)..

Sözügedən yol örtüyünün üst qatında intensiv hərəkət və təbii fatorların təsiri iləartıq aşınmalar yaranmışdı. Təmir işləri aparılmasaydı 1-2 ildən sonra asfalt örtüyün alt qatında daha ciddi problemlər yaranacaqdı. Artıq o zaman yol daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı..Bu üzdən yolun hazırda qısa müddətlik təmiri daha məqsədəuyğun idi..

-Qeyd üçün deyim ki, bu kimi təmir işləri qərarı, özü də şəhərin intensiv hərəkət olan hissəsində nə AAYDA tərəfindən özbaşına gəbul edilib icra edilmir...Bu cür məsələlər Yol Hərəkəti Təhlükəsizlik komissiyasına daxil olan bütün qurumlarla məsləhətləşib razılaşdırıldıqdan sonra aparılır...

-Niyə indi və yayda?