Yüksək komission haqqı verən sığorta şirkətinə qarşı ciddi sanskiyalar tətbiq ediləcək


Digərləri 28 İyn 2018 17:37:00 280 0

Yüksək komission haqqı verən sığorta şirkətinə qarşı ciddi sanskiyalar tətbiq ediləcək

Azərbaycanda yüksək komission haqqı verən sığorta şirkətinə qarşı ciddi sanskiyalar tətbiq ediləcək.

Bu barədə Son.az-a Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyindən məlumat verilib.

Assosiasiyanın təşkilatçılığı ilə İcbari Sığorta Bürosu (İSB) elektron sisteminin fəaliyyəti ilə bağlı sığorta şirkətlərinin görüşü keçirilib. Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov, eləcə də "Atəşgah Sığorta, "AtaSığorta", "AzSığorta", "AXA MBASK", "Qala Sığorta", "Günay Sığorta", "İpək Yolu Sığorta, "Meqa Sığorta", "Paşa Sığorta", "Standard Sığorta" ASC-lərinin rəhbər şəxsləri iştirak ediblər.