"Çudo Peçka"nın sahibi ev dustaqlığına çıxmaq istəyir


Digərləri 28 İyn 2018 17:25:00 323 0

"Çudo Peçka"nın sahibi ev dustaqlığına çıxmaq istəyir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report.az-a istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Ç.Cəlilovun vəkili Janna Bağırova vəsatət qaldırıb.

O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər var. Vəkil müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilib ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Daha sonra J.Bağırova vəsatət qaldıraraq cinayət işində Maliyyə-Mühasibatlıq Ekspertizasının yenidən keçirilməsini tələb edib.

Vəsatətlərlə bağlı qərar növbəti məhkəmə iclasında elan olunacaq.

Məhkəmənin növbəti iclası iyulun 12-nə təyin edilib.