İordaniya, BƏƏ və Livandan olan jurnalistlər Azərbaycan Mətbuat Şurasında FOTO


Digərləri 28 İyn 2018 16:22:00 263 0

İordaniya, BƏƏ və Livandan olan jurnalistlər Azərbaycan Mətbuat Şurasında  FOTO

Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətinin xüsusiyyətlərindən, beynəlxalq əlaqələrindən söz açıb

Bu gün İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Livandan olan jurnalistlər - İordaniyanın Petra İnformasiya Agentliyinin redaktoru Xalid Əl Şaqul, BƏƏ-nin Dubay telekanalının müxbiri Sidqi Məhəmməd Abduləziz, Livanın "Sedar Nyus" İnformasiya portalının baş redaktoru Mişel Əl Zbaidi və portalın baş redaktor müavini  Aoun Laurent Yusef Azərbaycan Mətbuat Şurasında olublar. 

Son.az xəbər verir ki, qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətinin xüsusiyyətlərindən, beynəlxalq əlaqələrindən söz açıb. O bildirib ki, son illər ərəb ölkələrindən Azərbaycana axın güclənib. Bu, Azərbaycanın turuzm potensialına olan maraqdan irəli gəlir. "Əlbəttə, bu bizim üçün önəmlidir və media da öz təbliğatı ilə turist səfərlərinin artmasına müstəsna töhfə verə bilər. Ancaq düşünürəm ki, daha önəmli cəhət Azərbaycan jurnalistlərinin ərəb dünyasının tanınmış media qurumlarının təmsilçiləri ilə sıx təmaslarının yaranması və inkişaf etdirilməsidir. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gerçəkləşdirilən təşəbbüslər daha faydalıdır. İnanıram ki, görüləcək işlər Azərbaycan həqiqətlərinin ərəb dünyasında mütəşəkkil qaydada işıqlandırılmasına təkan verəcək", - deyə Ə.Amaşov vurğulayıb. 

Qeyd edək ki, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Livandan olan jurnalistlərin Azərbaycana səfəri İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşəbbüsü ilə gerçəkləşdirilir. Assosiasiyanın sədri Fazil Abbasov qonaqların ölkəmizə səfər proqramı barədə məlumat verib, keçirdikləri görüşlərin səmərəli məqamlarından söz açıb. 


Xəbərə aid fotolar