Azərbaycan deputatı AŞ PA komitəsinin məruzəçisi seçildi


Digərləri 28 İyn 2018 15:28:40 297 0

Azərbaycan deputatı AŞ PA komitəsinin məruzəçisi seçildi

Azərbaycan deputatı AŞ PA komitəsinin məruzəçisi seçildi.

Bakı. Elçin Mehdiyev - Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası çərçivəsində qurumun Sosial məsələlər komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclasda komitənin “Autizm diaqnozlu insanların və onların ailələrinin müalicəsi” adlı mövzu ilə bağlı məruzəçisinin təyin edilməsi üçün səsvermə keçirilib. Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın və britaniyalı Lord Don Touhiqin namizədliyi irəli sürülüb. S.Fətəliyeva səslərin əksəriyyətini toplayaraq Sosial məsələlər komitəsinin məruzəçisi seçilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin