Magistraturaya qəbul olan bakalavrların qeydiyyatı başladı


Digərləri 28 İyn 2018 14:42:00 252 0

Magistraturaya qəbul olan bakalavrların qeydiyyatı başladı

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrlar 2018-ci il iyunun 28-dən  iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Son.az-aa verilən məlumata görə, bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.