Azərbaycan türk ölkələrinin alimləri üçün mükafatlar təsis etməyi təklif edir


Digərləri 28 İyn 2018 13:23:00 314 0

Azərbaycan türk ölkələrinin alimləri üçün mükafatlar təsis etməyi təklif edir

Azərbaycan Türk Dünyası Akademiyaları Birliyinin elm sahəsində adlı mükafatlar təsis etməsini təklif edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli "Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri" mövzusunda keçirilən konfransda çıxış edib.

İ.Həbibbəyli Azərbaycanda artıq bir necə ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə alimlərə adlı mükafatların verildiyini söyləyib: "T ürk dünyası üçün fərqli adlı mükafatlar verillə bilər. Məsələn, Yunis Imrə, Yusif Məmmədəliyev və s. adlı mükafatlar təsis edilə bilər. Azərbaycan alimi nin adına olan mükafat başq a bir türk ölkəsinin aliminə verilə bilər. Bu, ölkələr arasındakl əlaqələrin daha da inkişaf etməsinə səbəb olar".