Rusiyalı ekspert: "Bakıda keçirilən hərbi parad siyasi və iqtisadi problemlər yaşayan Ermənistanı qıcıqlandırır"


Dünya 28 İyn 2018 13:04:00 302 0

Rusiyalı ekspert: "Bakıda keçirilən hərbi parad siyasi və iqtisadi problemlər yaşayan Ermənistanı qıcıqlandırır"

Parad möhtəşəmliyi, müxtəlif ölkələrin istehsalı olan ən son silah və avadanlığın nümayişi ilə göz oxşadı.

Son.az xəbər verir ki, bunu report-a hərbi politoloq, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

"Başqa ölkə ilə müharibə şəraitində olan ölkə həmişə paradlardan milləti birləşdirmək və ona qələbə inamını aşılamaq, eyni zamanda, düşmənə müəyyən güzəştlərə getməyəcəyi təqdirdə necə qətiyyətli olduğunu göstərmək məqsədi ilə istifadə edir. Amma yenə də hərbi parad müharibəyə çağırış deyil", - A.Perenciyev vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışan politoloq bu məsələdə heç bir perspektiv görmədiyini qeyd edib.

"Perspektivlər barədə o vaxt danışmaq olar ki, heç olmazsa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Ermənistan tərəfindən işğal edilən Qarabağa bitişik 7 Azərbaycan rayonun qaytarılması məsələsi üzrə "yol xəritəsi" layihəsi olsun. Yalnız bu halda layihənin müzakirəsi başlayacaq, yalnız bu halda iki Cənubi Qafqaz dövləti və xalqı arasındakı əlaqələrdə sülhün bərqərar edilməsinin imkanları və yollarını qiymətləndirmək olacaq", - politoloq bildirib.

Rusiyalı politoloq Yevgeni Mixaylov isə öz növbəsində, paradın ilk növbədə Azərbaycan xalqına xaricdən gələn istənilən təhdidə qarşı güclü qoruyucu alətinin olmasını göstərdiyini söyləyib.


Xəbərə aid foto