Göyçay sakinində külli miqdarda marixuana aşkar edilib


Digərləri 28 İyn 2018 12:42:22 214 0

Göyçay sakinində külli miqdarda marixuana aşkar edilib

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. DIN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan rayonun I Ərəbcəbirli kənd sakini Kamil Qəndəliyevdən şəxsi axtarış zamanı 3,48 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.