"İlahiyyat İnstitutunun yaradılması gənclərin dini təhsil üçün başqa ölkələrə getməsinin qarşısını alacaq"


Digərləri 28 İyn 2018 12:13:31 273 0

"İlahiyyat İnstitutunun yaradılması gənclərin dini təhsil üçün başqa ölkələrə getməsinin qarşısını alacaq"

İlahiyyat İnstitutunun yaradılması gənclərin dini təhsil üçün başqa ölkələrə getməsinin qarşısını alacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini təhsil: mövcud vəziyyət və hədəflər" mövzusunda konfransda deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlətin himayəsi altında dini təhsil verən bir instituta ehtiyac var idi və Prezident İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutu yaradıldı:

"Azərbaycanda pulsuz dini təhsilin olmaması gənclərimizin xarici ölkələrə getməsinə rəvac verirdi. Digər tərəfdən, qanunvericiliyə əsasən, Azərbaycanda məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır. İlahiyyat İnstitutunun yaradılması gənclərimizin hər hansı bir ölkəyə dini təhsil almağa getməsinin qarşısını alacaq".