Həyətində narkotik becərən Şabran sakini tutuldu FOTO


Digərləri 28 İyn 2018 10:23:00 264 0

Həyətində narkotik becərən Şabran sakini tutuldu  FOTO

DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Şabran Xətt Polis Məntəqəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, iyunun 27-də DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Şabran Xətt Polis Məntəqəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini Telman Alışovun yaşadığı evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 2 kilo 525 qram təşkil edən hündürlüyü 20-150 sm olan 15 ədəd çətənə kolu və sellofan torbada ümumi çəkisi 70 qram olan qurudulmuş marixuana aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.


Xəbərə aid fotolar