Almatı şəhəri yaxınlığında anbarlar yanır


Dünya 28 İyn 2018 08:43:00 262 0

Almatı şəhəri yaxınlığında anbarlar yanır

Cümə axşamı Qazaxıstanın Almatı şəhəri yaxınlığında güclü yanğın baş verib. Kayrat bölgəsində anbarlar yanır.

Son.az Trend-ə istinadən bildirir ki, bu haqda şəhərin fövqaladə hallar xidmətinin mətbuat rəhbəri Sanduqaş Bəymuxambetova jurnalistlərə bildirib.

"Yerli vaxtla saat 06:03-də 101 yanğınsöndürmə xidmətinin qaynar xəttinə anbarda yanğınla bağlı zəng daxil olub. Yanğınsöndürmə briqadaları artıq hadisə yerindədirlər və yanğının qarşısını almaq üçün müvafiq tədbirlər görürlər", - mətbuat xidmətinin rəhbəri bildirib.