“Xiaomi” yeni brendini qeydiyyata aldırdı


Digərləri 28 İyn 2018 08:25:00 339 0

“Xiaomi” yeni brendini qeydiyyata aldırdı

"Redmi" və "Mi" brendi altında smartfon istehsalında ixtisaslaşmış "Xiaomi" şirkəti "Pocophone" adlanan yeni ticarət nişanını qeydiyyatdan keçirib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu adda çıxarılacaq məhsulların dəqiq vaxtı hələlik məlum deyil.

İnsayder məlumatlarına əsasən, Çin istehsalçısı Avropa İttifaqına bu ticarət nişanı altında qeydiyyatın alınması ilə bağlı müraciət edib. Çox güman ki, yeni brend adı altında istehsal ediləcək cihazlar Avropa bazarı üçün nəzərdə tutulub. Artıq məxfiləşdirilmiş bir ədəd aparat üzərində işlərə başlanılıb.