Yevlaxda minik maşını traktorla toqquşub, ər və arvad yaralanıb


Digərləri 28 İyn 2018 08:02:00 267 0

Yevlaxda minik maşını traktorla toqquşub, ər və arvad yaralanıb

Yevlax rayonu ərazisində iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Qaraməmmədli kəndi ərazisində "Opel" markalı avtomobilin traktorla toqquşması nəticəsində Mingəçevir şəhərindən olan 1967-ci il təvəllüdlü sürücü Əhmədov Məmməd və onun 1970-ci il təvəllüdlü həyat yoldaşı Əhmədova Tutu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

M.Əhmədovun vəziyyətinin ağır olduğu bildirilir.