İki avtomobil toqquşub, xəsarət alanlar var


Digərləri 27 İyn 2018 23:54:00 239 0

İki avtomobil toqquşub, xəsarət alanlar var

Ağdamda yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, qəza rayonun Alıbəyli kəndi ərazisində baş verib.  

Ağcabədi rayon Sarcalı kənd sakini  Əliyev Xəqani Kazım oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobil qarşıdan gələn  Əliyev Farizə məxsus eyni markalı  avtomobillə toqquşub.

Nəticədə sürücülərdən biri X.Əliyev və F.Əliyevin sərnişini Əliyeva Mina Asdan qızı xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.