Nəhəng giləmeyvənin bilmədiyiniz faydaları


Digərləri 27 İyn 2018 23:24:00 261 0

Nəhəng giləmeyvənin bilmədiyiniz faydaları

Qarpızın böyrəklər üçün olan faydası hamıya məlumdur.

Qarpız həqiqətən böyrəklər və sidik kisəsini yaxşı təmizləyir. Lakin bu nəhəng giləmeyvənin digər daha az bilinən faydaları da var.

Son.az saglamolun.az-a istinadən bu faydalarla tanış edir.

1. Qarpız likopin maddəsi ilə zəngindir. Bu maddə ürək və damarların sağlamlığını qoruyur.

2. Qarpız əzələ ağrılarını azaldır. Məşqdən əvvəl qarpız şirəsini içsəniz əzələlərdə xoşagəlməz hisslər sizi daha az narahat edəcək.

3. Sübut olunub ki, qarpız və xüsusilə qarpız şirəsi və qarpız tumları kişi orqanizminə təbii viaqra kimi təsir edir - cinsi istəyi və potensiyanı artırır.