Bakıda fərdi evdə yanğın olub


Digərləri 27 İyn 2018 22:53:00 213 0

Bakıda fərdi evdə yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin, 1 otağının tavanı 25 m², digər otağının yanar konstruksiyaları, ev əşyaları 12 m² və çardağının yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.