Dərman içdilər sağalsınlar, zəhərləndilər


Digərləri 27 İyn 2018 22:12:00 232 0

Dərman içdilər sağalsınlar, zəhərləndilər

Bu ilin əvvəlindən indiyədək dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı 21 nəfər Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.

Son.az bildirir ki, bunu Trend-ə mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmandan zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil: "Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir".