Rusiyadan Azərbaycana quş ətinin idxalı qadağan edilib VİRUS TƏHLÜKƏSİ VİDEO


Digərləri 27 İyn 2018 21:50:00 465 0

Rusiyadan Azərbaycana quş ətinin idxalı qadağan edilib  VİRUS TƏHLÜKƏSİ  VİDEO

Rusiyanın bəzi bölgələrində yayılan "quş qripi" virusu Azərbaycanda Dövlət Baytarlıq Nəzarəti Xidmətini hərəkətə keçirib.

Son.az xəbər verir ki, Xidmətdən bildirilib ki, aşkarlanan virus təhlükəsinə görə, Rusiyanın bəzi vilayətlərindən həm quş ətinin, həm də yumurtanın idxalı dayandırılıb.

Xidmət sözçüsü Yolcu Xanvəli Rusiya vilayətlərində yayılan "quş qripi" virusu təhlükəsinə qarşı Azərbaycanda bütün lazımi tədbirlərin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, ölkəmizdə quş qripinə görə epizootik vəziyyət sabitdir.