Bu gün 70 mindən artıq şagird buraxılış imtahanı verib


Digərləri 27 İyn 2018 19:00:00 259 0

Bu gün 70 mindən artıq şagird buraxılış imtahanı verib

Dövlət İmtahan Mərkəzi bu gün 70081 şagird (IX sinif üzrə 39554, XI sinif üzrə 30527) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 70081 şagird (IX sinif üzrə 39554, XI sinif üzrə 30527) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. DİM-dən Trend-ə verilən məlumata görə, imtahanlarda Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər iştirak edib. 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.