90 minə yaxın şəxsin əmək pensiyaları artırılacaq


Digərləri 27 İyn 2018 17:28:00 247 0

90 minə yaxın şəxsin əmək pensiyaları artırılacaq

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş yeni Qayda əsasında müvafiq kateqoriyalardan olan 90 min nəfərə yaxın şəxsin əmək pensiyaları artırılacaq.

Son.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında" Fərmanı ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsində növbəti addımın atılmasına imkan verib.

Bu Qayda 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının və sair ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin) qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin yenidən hesablanması qaydasını müəyyən edir.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanuna 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərdən biri kimi, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş həmin şəxslərin əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavələrin hesablanmasında staj tələbi və əlavəni almağa hüququn yaranması ilə bağlı yeni qayda tətbiq edilməyə başlanıb.