“Mən qısa ətək də, şortik də geyinirəm” VİDEO FOTO


Şou-biznes 27 İyn 2018 13:45:00 317 0

“Mən qısa ətək də, şortik də geyinirəm”  VİDEO  FOTO

Alim Qasımovun anası dedi ki, bunun nə uzun tumanı var.

Son.az bildirir ki, ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı əməkdar artisti Elza Seyidcahan olub. Verilişdə "İctimai yerdə necə geyinmək lazımdır" mövzusu müzakirə olunub.  Əməkdar artist mövzu ilə əlaqədar fikrini bildirərək deyib ki, hər yerin öz geyim qaydası var:  "Tələbə vaxtı idi, konservatoriada oxuyanda getmişdim Alim Qasımovun evinə. Fikirləşdim ki, onlar yerdə otururlar. Mən də uzun ətək geyindim ki, rahat olum. Geyim axı insanın daxili kökündən, sənətindən xəbər verir. Allah rəhmət etsin anasına. Alim müəllim dedi ki, anam deyir ki, ay Alim, bu, nə yaxşı qızdır, nə uzun tumanı var. Mənim geyimim belə deyil. Mən şalvar da, qısa ətək də, şortik də geyinirəm. Amma hər yerin öz geyimi var".


Xəbərə aid foto