Zirehli maşın Volkswageni xurdxəşil etdi VİDEO FOTO


Digərləri 27 İyn 2018 13:13:00 430 0

Zirehli maşın Volkswageni xurdxəşil etdi  VİDEO  FOTO

Belarusun Qrodno şəhərində keçirilən paradda iştirak edən PDM yoldakı minik maşınının üzərinə çıxaraq onu əzib.

Son.az BELTA-ya istinadən bildirir ki, olay R604 avtotrasında, Qrodnodan Sopotskin kəndinə tərəf gedən istiqamətdə baş verib.

Şahidlərin dediklərinə görə, zirehli maşınlardan ibarət karvan Qrodno tərəfə dönürdü. Bu zaman PDM qəflətən qarşı hərəkət zolağına çıxıb və minik avtomobilini əzib.

Qəzada Volkswagen-in sürücüsü yaralanıb.