Britaniya kraliçası BREXİTi təsdiqlədi


Dünya 26 İyn 2018 23:26:00 318 0

Britaniya kraliçası BREXİTi təsdiqlədi

Böyük Britaniya kraliçası II Elizabet ölkənin Avropa İttifaqından çıxmasına dair qanun layihəsini təsdiqləyib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bununla sənəd qanun statusu əldə edib.

"İcmalar palatasını məlumatlandırmalıyam ki, kraliça təsdiqnaməsi haqqında 1967-ci il qanununa uyğun olaraq, Əlahəzrət Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair qanun layihəsinə öz razılığını verib", - deyə Birləşmiş Krallıq parlamentinin aşağı palatasının spikeri Con Berkou bəyan edib.