Heyvanların haqları barədə dinimizin tövsiyələri


Digərləri 26 İyn 2018 22:20:00 317 0

Heyvanların haqları barədə dinimizin tövsiyələri

Həzrət Peyğəmbər (s) heyvanların haqları ilə bağlı buyurur: "Allah mehribanlıq etməyi sevir və onu yerinə yetirməyə yardım edir. Nə zaman arıq dördayaqlıya minirsiniz, onları tövləyə qədər aparın. Əgər torpaq quru və otsuzdursa, oradan tez keçin. Əgər yaşıl və otludursa, onlara orada istirahət verin".

Həzrət Peyğəmbər (s) yenə buyurur: "Sağlam dördayaqlılara minin. Onları sağlam saxlayın. Onları küçələrdə söhbətləriniz üçün kürsü qərar verməyin. Çünki çox sayda miniklər (dördayaqlılar) vardır ki, ona minəndən daha yaxşıdır və Allah Təalanı ondan daha çox yada salır".

Həzrət (s) buyurur: "Əgər heyvanlara etdiyiniz zülmlər bağışlansaydı, sizin çox sayda günahlarınız bağışlanardı".