Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? VİDEO


Digərləri 26 İyn 2018 20:19:00 361 0

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır?  VİDEO

Hər il yay aylarında kirayə mənzil bazarında qiymətlər ucuzlaşsa da, bu il ciddi bir qiymət enməsi müşahidə edilmir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, rieltorlar bunu ölkəmizə turist axınının çox olması ilə əlaqələndirirlər. Xüsusilə də şəhər mərkəzinə yaxın evləri turizm şirkətləri bir neçə aylıq kirayə götürərək, turistlərə günlük təklif edirlər. Nəticədə də evlərin kirayə qiyməti yay aylarında da dəyişməz qalır. Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundov deyir ki, əvvəlki illərdə yay aylarında mənzil bazarında durğunluq müşahidə edilirdi. İndi isə tam bunun əksinədir. Xususən də bağ evlərinə tələbat yüksək olduğundan həmin evlərin kirayə qiyməti artıb. Rieltorlar qarşıdakı aylarda yeni dərs ilinin başlanması ilə əlaqədar mənzil bazarında qiymətlərin artacağını proqnozlaşdırırlar.


Xəbərə aid video