Dünya sevgisinin gətirdiyi 8 bəla


Digərləri 26 İyn 2018 19:40:00 375 0

Dünya sevgisinin gətirdiyi 8 bəla

İmam Əli (ə) "Nəhcul-bəlağə"də dünya sevgisini şiddətlə tənqid etmiş və ondan çəkindirmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, dünya sevgisinin gətirdiyi bəlalardan söz açmışdır ki, onlara işarə edək.

1. Dünya sevgisi bütün xataların köküdür. İmam Əli (ə) buyurur: "Dünya sevgisi bütün səhv və günahların başındadır".

2. Dünya sevgisi insanı aldadar. Həzrət (ə) buyurur: "Dünyanın məsəli - ilanın məsəli kimidir ki, yumşaq bədəni vardır. Öldürücü zəhəri daxilindədir. Aldanmış nadan ona tərəf meyil edər və aqil insan ondan çəkinər".

3. Dünya sevgisi tamaha səbəb olar. İmam (ə) buyurur: "Dünya sevgisi və məhəbbəti tamah meydana gətirər".

Başqa yerdə buyurur: "Dünyapərəstlər dünyadan bir şeyə çatmazlar, məgər o halda ki, hərislik qapısı üzlərinə açılar və eşq atəşi onları daha sürətli edər".