Azərbaycan QDİƏT-in Ermənistandakı iclasında iştirak edəcək


Digərləri 26 İyn 2018 16:34:00 307 0

Azərbaycan QDİƏT-in Ermənistandakı iclasında iştirak edəcək

27 iyun tarixində Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Bakı. 27 iyun tarixində Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək. Bunu Trend-ə XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyevin sözlərinə görə, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq QDİƏT-də sədrlik Azərbaycana keçəcək və nazir müavini Mahmud Məmməd-Quliyev sədrliyi qəbul edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin