Xalasının əri tərəfindən meşədə zorlanan qızı müəllimləri xilas etdi


Dünya 26 İyn 2018 13:46:46 335 0

Xalasının əri tərəfindən meşədə zorlanan qızı müəllimləri xilas etdi

Türkiyənin Muğla vilayətində eyni binada qaldıqları xalasının əri tərəfindən tez-tez meşəyə aparılıb təcavüzə məruz qalan 14 yaşlı M.E. hadisəni müəllimlərinə deyib.

Son.az Haberler-ə istinadən xəbər verir ki, qızın 4 ildir zorlandığı ortaya çıxıb. 

Müəllimləri azyaşlı qızın davranışlarından və 2 uşaq atası olan 51 yaşlı R.G-nin məktəbə tez-tez gəlib gəzməyindən şübhələniblər. Müəllimlərinin israrından sonra M.E. xalasının əri olan R.G.-nin onu uzun müddətdir meşəyə aparıb zorladığını açıb danışıb.

Müəllimlər tükürpədici olayı polisə xəbər veriblər. Qısa zamanda yaxalanan R.G. polis idarəsinə aparılıb.


Xəbərə aid foto