Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 26 İyn 2018 09:19:02 253 0

Çaylarda suyun səviyyəsi dəyişib

Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.

Bakı. Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 50-140, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib. Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyunun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 300 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 163 m3/s təşkil edərək ongünlük normanın 98 faizinə bərabər olub.