Samsungdan ilk dəfə təmiz Androidli smartfon


Digərləri 26 İyn 2018 08:59:00 282 0

Samsungdan ilk dəfə təmiz Androidli smartfon

Samsung şirkəti yeni smartfonunu təmiz Android Oreo əməliyyat sistemi əsasında satışa çıxarmağı planlaşdırır. Bu isə o deməkdir ki, smartfon şirkətin ənənəvi interfeysinə və kənar ayarlara sahib olmayacaq. SM-J260F, SM-J260M və SM-J260G model nömrəli smartfon versiyaları artıq bir sıra ölkələrdə test olunurlar.

Son.az technote.az-a istinadən bildirir ki, indi isə smartfonun bəzi texniki özəllikləri məşhur Geekbench bençmark saytında ortaya çıxıb. Beləliklə Samsung SM-J260G smartfonu Android Go proqramı çərçivəsində reallaşdırılacaq ilk Samsung modeli olacaq. Smartfon bahalı olmayan smartfonlar əsasında optimallaşdırılmış Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Geekbench məlumatlarına əsasən smartfon 1.43 GHz tezlikdə çalışacaq 4 nüvəli prosessor və 1 GB RAM ilə təchiz olunacaq. Yeni Samsung modelinin təqdimat və satış tarixləri barəsində isə hələki heç bir məlumat yoxdur.