Seulun hava limanında iki təyyarə toqquşub


Dünya 26 İyn 2018 08:48:00 286 0

Seulun hava limanında iki təyyarə toqquşub

Hadisə zamanı avialaynerlərdə sərnişin olmayıb

Çərşənbə axşamı Seulun Kimpho beynəlxalq hava limanında "Korean Air" və "Asiana Airlines" aviaşirkətlərinə məxsus iki təyyarə toqquşub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Yonhap" agentliyi yazıb.

Bildirilir ki, "Korean Air"in təyyarəsi qəza nəticəsində "Asiana Airlines" avialaynerinin qanadını zədələyib.