YouTubeda populyar kanallar ödənişli olacaq VİDEO


Digərləri 26 İyn 2018 07:41:00 288 0

YouTubeda populyar kanallar ödənişli olacaq  VİDEO

"Google" şirkətinə məxsus "YouTube" videohostinqi tamaşaçılarının sayı 100 mindən çox populyar kanallar üçün ödənişli abunəçilik sisteminin tətbiqinə başlayır. Yeni funksiyaların təsviri şirkətin bloqunda dərc olunub.

Son.az ICTnews-a istinadən bildirir ki, "Channel Memberships" adlanan funksiya ödənişli abunəçilərə unikal nişanlar, emodzi, qrup üzvləri üçün bildirişlər, eləcə də kanal müəlliflərinin əlavə kontenti, o cümlədən videoçarx və birbaşa efirlərdən istifadəyə imkan yaradır. Aylıq abunə haqqı 4,99 dollar təşkil edir.

Bundan başqa, "YouTube" rəhbərliyinin "Teespring" servisi ilə tərəfdaşlığı sayəsində videoblogerlər öz atributlarına malik məhsullarını bilavasitə videoservisin saytında satışa çıxara biləcəklər.

Daha bir yenilik isə kanal müəlliflərinə əvvəlcədən yeni videoçarxların buraxılışını elan etməyə imkan verəcək. Xüsusi "Premyera" bölməsi avtomatik xüsusi gözləmə səhifəsini yaratmağa şərait yaradacaq. Burada tamaşaçılar əvvəlcədən qrup yazışmasında (çatda) danışa biləcəklər.