Diabet xəstələri üçün ən faydalı tərəvəz


Digərləri 25 İyn 2018 23:39:00 388 0

Diabet xəstələri üçün ən faydalı tərəvəz

Şəkərli diabet ağır xroniki xəstəlikdir. İldən ilə bu xəstəliyə yoluxan insanların sayı artır.

Belə ki, 2012-ci ildə dünyada 382 mln. insana bu xəstəliyin diaqnozu qoyulub. Alimlərin fikrinə görə, 2035-ci ilə qədər bu rəqəm artacaq və 592 mln. çatacaq. Kontrol olunmayan şəkərli diabet orqanizmə ciddi ziyan vurur, ağır fəsadların inkişafına (infarkt, insult, böyrək çatışmazlığı, korluq) səbəb olur.

Şəkərli diabetdən əziyyət çəkən insanlar üçün pəhriz müalicənin tərkib hissəsidir. Dərman preparatları ilə yanaşı düzgün qidalanma şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, Böyük Britaniya alimləri araşdırmalar nəticəsində  diabet xəstələri üçün ən faydalı məhsul təyin ediblər. Bu balqabaq növü olan sukkinidir.